Ərdoğan sabah səhər saatlarında zəlzələ baş vermiş əraziyə gedəcək

8-02-2023, 12:49

Ərdoğan sabah səhər saatlarında zəlzələ baş vermiş əraziyə gedəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.

Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

“Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm”, - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Məndə: Habertürk

Mənbə: https://memurtv.az/sosial/10941-erdogan-sabah-seher-saatlarinda-zelzele-bash-vermish-eraziye-gedecek.html