KTMT Ermənistanın cənubundakı vəziyyəti Azərbaycanla sərhəd insidenti kimi qiymətləndirir » Memur.az

KTMT Ermənistanın cənubundakı vəziyyəti Azərbaycanla sərhəd insidenti kimi qiymətləndirir

KTMT Ermənistanın cənubundakı vəziyyəti Azərbaycanla sərhəd insidenti kimi qiymətləndirirErmənistanın cənubunda Azərbaycanla yeni bir sərhədin yaradılması ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhəd insidentidir” və KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına uyğun deyil.

TASS agentliyi xəbər verir ki , bu barədə təşkilatın Baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında deyib.

“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum zamanı (üzv ölkələrdən birinə) istifadə olunur. Burada isə əslində bir sərhəd insidenti ilə qarşılaşırıq. Allaha şükür ki, itki yoxdur, orada atışma yoxdur. Bu bir sərhəd insidentidir, həll olunmalıdır və bunun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”, - deyə o vurğulayıb.