Cahid Bağcı Azərbaycan xalqına səsləndi » Memur.az

Cahid Bağcı Azərbaycan xalqına səsləndi

Cahid Bağcı Azərbaycan xalqına səsləndiTürkiyənin Azərbaycana təyin olunan səfiri Cahid Bağcı vətəndaşlara səslənib.

Bu barədə Turkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” hesabında qeyd edilir:

“Hörmətli Vətəndaşlar!

Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərdə yer alan müstəsna bir qardaşlığın şahidi oluruq və bunu birlikdə yaşayırıq. Şübhəsiz ki, bu qardaşlıq ortaq bir tarix və mədəniyyət ilə köklənib bəslənir. İki dövlətin qurucuları olan ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışını ifadə edən bu qardaşlıq bağının təməlini təşkil edən güclü ifadələri, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin “Gücümüz birliyimizdə, ittifaqımız gücümüzdədir” bəyanatları bu qardaşlığı qorumaq üçün bir and və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək iradəsidir”.

Bağcı Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindəki qələbəsini, Türkiyənin Azərbaycana dəstəyini xatırladıb, şəhid olan bütün qəhrəmanlara və vətəndaşlara Allahdan rəhmət, ailələrinə, silahdaşlarına, bütün sevdiklərinə və Azərbaycan xalqına başsağlığı və səbr diləyib.