SOCAR bu il bir milyard manatdan çox kredit qaytarıb » Memur.az

SOCAR bu il bir milyard manatdan çox kredit qaytarıb

SOCAR bu il bir milyard manatdan çox kredit qaytarıb2020-ci ilin ötən dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerli və beynəlxalq banklara manat ifadəsində 1,082 milyard manatlıq kredit ödəyib.

Report xəbər verir ki, bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

SOCAR-ın builki kredit ödənişinin digər valyutalar üzrə bölgüsü belədir: 522 milyon ABŞ dolları (887 milyon manat), 545 milyon Türkiyə lirəsi (156 milyon manat), 144 milyon Rusiya rublu (4 milyon manat), 16 milyon gürcü larisi (9 milyon manat).

Şirkətin manatla ödənişi isə 26 milyon manat təşkil edib.

Hesabat dövründən sonrakı müddətdə şirkət yerli və xarici banklardan 1,171 milyard manat məbləğində qısa və uzunmüddətli kredit cəlb edib.

Cəlb edilmiş kreditin digər valyutalar üzrə bölgüsü: 567 milyon ABŞ dolları (964 milyon manat), 24 milyon avro (46 milyon manat), 537 milyon Türkiyə lirəsi (153 milyon manat), 308 milyon Rusiya rublu (8 milyon manat).