Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?” » Memur.az

Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”

Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”“Bəzi şəxslər şayiə yayır ki, bu, virus deyil. Bu, o qədər cəfəng fikirlərdir ki, enerji sərf edib, onu izah etməyə ehtiyac duymursan”.

Memur.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, belə ifadələr gülüncdür:

“Belə adamları başa salmaq üçün ifadə də tapmırsan. Biz virusun mövcud olduğunu qəbul etməliyik. Bu təhlükəli virus heç yerə getməyib, bizi yoluxdura bilər. Bəzən deyirlər, vəfat edənləri tanımırıq.

Azərbaycanda virusdan ölən azdır. Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”