Avropa ikinci Marşall planına ehtiyac duyur - Avropa Komissiyasının rəhbəri yazdı » Memur.az

Avropa ikinci Marşall planına ehtiyac duyur - Avropa Komissiyasının rəhbəri yazdı

Avropa ikinci Marşall planına ehtiyac duyur - Avropa Komissiyasının rəhbəri yazdıKoronavirus pandemiyasından görünməmiş itkilər şəraitində Avropa Birliyinin büdcəsi nəhəng investisiyalara ehtiyac duyur

Memur.az Musavat.com-a istinadən bildirir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində yazdığına görə, indi ortamüddətli dövrdə yaranmış böhrandan çıxmağa imkan verəcək tədbirlər həyata keçirilməlidir: "Bunun üçün bizə irihəcmli investisiyalar lazımdır - bir növ ikinci Marşall planındakı kimi. Birliyin möhkəm büdcəsi mərkəzi əhəmiyyət kəsb etməlidir".

Komissiya rəhbəri vurğulayıb ki, "bu gün çoxlu milyardlar investisiya etmək lazımdır ki, gələcəkdə böyük fəlakətdən qaçmaq mümkün olsun".

Qeyd edək ki, Marşall Planı İkinci Dünya müharibəsindən sonra ABŞ -ın Avropanın bərpası üçün həyata keçirdiyi genişmiqyaslı proqramın adıdır.