Yanğın zamanı itkin düşən körpə dünyasını dəyişdi - YENİLƏNİB » Memur.az

Yanğın zamanı itkin düşən körpə dünyasını dəyişdi - YENİLƏNİB

Yanğın zamanı itkin düşən körpə dünyasını dəyişdi - YENİLƏNİB

Bakıda yanan binada itkin düşən azyaşlı qız dünyasını dəyişib.

Bu barədə APA-ya uşağın atası Elnur Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, 3 yaşlı Fərəh xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

16:53

Bakıda yanan binada itkin düşən azyaşlı tapılıb.

Bu barədə APA-ya itkin düşən uşağın atası Elnur Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: “Hazırda onun yanına gedirəm”.

Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.

**
16:40
Binəqədi ərazisi, Azadlıq prospekti 289 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən məlum yanğın nəticəsində 3 yaşlı qız itkin düşüb. Lent.az-ın məlumatına görə, yanğın zamanı Məhərrəmova Günay Şövkət qızı evdə anası ilə birgə olub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ana-balanı xilas ediblər. Ana Toksikologiya mərkəzinə yerləşdirilib. Uşaq barədə isə məlumat yoxdur. Uşağın atası Məhərrəmov Elnur Şövkət oğlu hazırda bütün xəstəxanaları gəzdiyini amma xəbər ala bilmədiyini deyir.

Qeyd edək ki, Məhərrəmova Günay Şövkət qızı 2012-ci il sentyabrın 3-də dünyaya gəlib. Bu uşağı görənlərdən polisə müraciət etmələri xahiş olunur.
Onu da bildirək ki, bu barədə jurnalist Əzizə İsmayılova özünün "facebook" səhifəsində məlumat paylaşıb.