ABŞ Suriyanı bombalayıb: dinc sakinlər ölüb » Memur.az

ABŞ Suriyanı bombalayıb: dinc sakinlər ölüb

ABŞ Suriyanı bombalayıb: dinc sakinlər ölübABŞ-ın başcılıq etdiyi koalisiya qüvvələri Suriyanın Deyr Əz-Zor bölgəsinə aviazərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu haqda SANA agentliyi məlumat yayıb.

Kəndlərdən birinə tuş gələn raket zərbələri səkkiz dinc sakinin ölümünə səbəb olub.

Zərbələr yaşayış evlərini dağıdıb. Rəsmi itki sayı barədə məlumat yoxdur. Koalisiya qüvvələrinin komandanlığı xəbəri şərh etməyib.

Memur.az