Xaricilərə iş icazəsinin verilməsi sadələşdirilir » Memur.az

Xaricilərə iş icazəsinin verilməsi sadələşdirilir

Xaricilərə iş icazəsinin verilməsi sadələşdirilirAzərbaycanda xarici işçi qüvvəsinə ehtiyacı olan xarici şirkətlərdən ibarət xüsusi şuranın yaradılması planlaşdırılır.

Bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, şuranın tərkibinə “AmCham”, Türk İş Adamları Konfederasiyası, Azərbaycan-Almaniya Ticarət Palatası, BP, SOCAR kimi təşkilat və şirkətlər daxil olacaq. (trend)

Memur.az