Sınaq imtahanının nəticələri açıqlandı » Memur.az

Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandı

Azərbaycanda keçirilən bu ilin ilk sınaq imtahanının nəticələri açıqlanıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. TQDK-dan bildirilib ki, nəticələr komissiyasının saytında yerləşdirilib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.