• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir - TƏHLİL

Sosial

3-06-2026, 12:41

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir - TƏHLİLAzərbaycan dövləti Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini hər zaman öz siyasətinin prioritet istiqamətlərindən biri hesab edib.

"Report" AZƏRTAC-ın redaksiya məqaləsini təqdim edir:

Ötən illər ərzində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları salınıb. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün ardıcıl dövlət proqramları icra olunub. Dövlət tərəfindən müvafiq müavinətlərin və kommunal xidmət güzəştlərinin verilməsi bu vətəndaşların maddi rifahına mühüm dəstək olub.Humanitar böhran və dövlətin strateji prioritetləri

Məcburi köçkünlərin üzləşdiyi sosial, iqtisadi və digər humanitar problemlərin sistemli şəkildə həlli istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib və möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-2019-cü illərdə 75 Fərman və Sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Bu hüquqi bazanın mərkəzində dayanan əsas strateji sənədlərdən biri də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" olub. Bu proqram sonrakı illərdə icra olunacaq genişmiqyaslı layihələrin yol xəritəsini müəyyən edib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin ən böyük maliyyə tutumlu istiqaməti olub. Belə ki, 1990-cı illərin ağır mirası olan çadır düşərgələrinin və digər yararsız sığınacaqların mərhələli şəkildə ləğvi humanitar fəaliyyətin əsas hədəfinə çevrilmişdi. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edildi. Müvəqqəti xarakter daşıyan 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə bütövlüklə aradan qaldırıldı.Məcburi köçkünlərin mənzil təminatının köklü həlli məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi tikilərək istifadəyə verildi. Görülən bu genişmiqyaslı tikinti-infrastruktur işləri nəticəsində 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox vətəndaşın mənzil-məişət şəraiti tamamilə yeniləndi və müasirləşdirildi.

Dövlət dəstəyi tədbirləri təkcə mənzil təminatı ilə məhdudlaşmadı, vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması üçün vahid aylıq müavinət də daxil olmaqla, çoxşaxəli sosial yardım alətləri tətbiq edildi. Xüsusilə insan kapitalının qorunması, məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanıldı. Bu sahədə tətbiq edilən güzəştlər gənclərin ali təhsildən kənarda qalmasının qarşısını aldı. Buna ən bariz nümunə kimi, 2025-2026-cı tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla yeni qəbul olunmuş 3923 məcburi köçkün statuslu tələbənin təhsil xərclərinin tamamilə dövlət büdcəsi hesabına qarşılanmasını göstərmək olar.Postmünaqişə reallıqları və Böyük Qayıdış proqramı

Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra isə bu dövlət qayğısı, sadəcə, forma dəyişməyib, həm də mahiyyətcə daha böyük və keyfiyyətcə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Hazırda dövlətin ən mühüm strateji prioritetlərindən biri olan Böyük Qayıdış dövlət proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən müasir şəhərsalma standartlarına cavab verən, yaşıl enerji zonası elan edilmiş "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları sürətlə reallığa çevrilir. Bu, Böyük Qayıdışın ən mühüm və qürurverici tərəfi isə illərdir çiyinlərdə daşınan o ağır yükün – "məcburi köçkün" ifadəsinin artıq tarixə qovuşmasıdır. Çünki 30 il boyunca düşmən tapdağı altında inildəyən yurd yerlərimiz artıq azad nəfəs alır, viran qoyulmuş müqəddəs torpaqlarımız milli memarlıq üslubunda yenidən dirçəlir. Uzunmüddətli yurd həsrətinə son qoyaraq öz ata-baba ocaqlarına ləyaqətlə və təhlükəsiz şəraitdə qayıdan bu ailələrin hər biri üçün dövlətin bütün inzibati, texniki və maliyyə resursları maksimum səviyyədə səfərbər edilib.

Doğma yurduna ayaq basan hər bir vətəndaşın təkcə mənzil təminatı diqqətdə saxlanılmır, həm də yeni iş yerləri, geniş istehsalat və kənd təsərrüfatı potensialı yaradılır. Məhz bu tarixi Qələbə və torpaqlara qayıdış reallığı onu şərtləndirir ki, keçmiş məcburi köçkün statusu və indiyədək müvəqqəti xarakter daşımış xüsusi sosial dəstək mexanizmləri yeni dövrün tələblərinə, vətəndaşın mülkiyyətçi kimi güclənməsi fəlsəfəsinə uyğun olaraq müvafiq qanunvericilik çərçivəsində yenidən, daha mükəmməl formada tənzimlənsin.Beləliklə, Azərbaycan dövləti öz vətəndaşını həm çətin sınaq dövründə tək qoymadı, həm də bu gün onların öz doğma yurdlarında firavan yaşayışını ən yüksək səviyyədə təmin etməkdədir. Dədə-baba yurdlarına qayıdan vətəndaşlar dövlət tərəfindən ən müasir standartlara cavab verən hazır yaşayış sahələri (mənzillər və fərdi evlər) ilə təmin olunurlar. Paralel olaraq, onların rahat, təhlükəsiz yaşayışı üçün zəruri olan bütün infrastruktur – yollar, elektrik, su, qaz xətləri, müasir xəstəxanalar, məktəblər və bağçalar sıfırdan yaradılır. İnfrastruktur layihələri ilə yanaşı, insanların yeni iqtisadi mühitə adaptasiyasını təmin etmək üçün məşğulluq proqramları və sosial xidmətlər də əlaqəli şəkildə həyata keçirilir. Ən əsası, vətəndaşların yeni yaşayış şəraitinə tam və rəvan uyğunlaşmasına dəstək göstərmək məqsədilə sosial müdafiə tədbirləri keçid dövründə də kəsilmədən, ardıcıl olaraq davam etdirilir.

Yeni hüquqi tənzimləmələr və keçid dövrünün idarə edilməsi

Azərbaycan dövlətinin sosial siyasət prioritetlərinə və mövcud qanunvericilik çərçivəsinə uyğun olaraq, işğal dövrünün başa çatması ilə əlaqədar məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial mexanizmlər yenidən tənzimlənir. Yeni hüquqi qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab olunur. Sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətində davam edir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir. Dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir.

Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər məcburi köçkün statusuna bağlı olmayan sosial müdafiə mexanizmləri qüvvədə qalır.Bu islahatlarla dövlətin sosial siyasətində müvəqqəti rejimdən dayanıqlı inteqrasiya modelinə keçid reallaşır. Dövlətin sosial müdafiə sistemi tək bir statusla məhdudlaşmır və çoxsəviyyəli mexanizmlərə əsaslanır. Bu səbəbdən, Böyük Qayıdış çərçivəsində vətəndaşların rifahı və sosial təminatı yenə də prioritet istiqamət olaraq qalır - statusun itirilməsindən asılı olmayaraq dövlətin məşğulluq proqramları, ünvanlı sosial yardım, mənzil təminatı, təhsil, səhiyyə dəstəyi, reabilitasiya və sosial-iqtisadi inteqrasiya mexanizmləri vasitəsilə ailələrə göstərilən genişmiqyaslı dəstək tədbirləri davamlı şəkildə qüvvədə saxlanılır.

Humanitar idarəçilikdən dayanıqlı inkişafa doğru

Məcburi köçkünlərlə bağlı həyata keçirilən bu hüquqi və sosial islahatlar Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin tərkib hissəsidir. Dövlətin sosial dəstək mexanizmlərinin yeni mərhələnin çağırışlarına uyğunlaşdırılması humanitar böhran idarəçiliyindən dayanıqlı və müasir inkişaf modelinə keçidin ən bariz göstəricisidir. Uzun illər ərzində məcburi köçkünlərin müdafiəsinə yönəlmiş xüsusi mexanizmlər öz tarixi missiyasını yerinə yetirərək, bu gün yeni reallıqlara uyğun şəkildə yenidən formalaşdırılır. Artıq əsas məqsəd vətəndaşların müvəqqəti məskunlaşma şəraitində deyil, öz doğma torpaqlarında dayanıqlı və firavan həyat qurmalarını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan müasir yaşayış məntəqələri, geniş sosial infrastruktur və məşğulluq imkanları bu məqsədin uğurla həyata keçirildiyini göstərir. Eyni zamanda, keçid dövründə sosial müdafiə tədbirlərinin davam etdirilməsi dövlətin vətəndaş amilinə verdiyi yüksək dəyərin təzahürüdür. Bu yeni strateji mərhələdə doğma yurdlarına köçən vətəndaşların müasir standartlara cavab verən daimi yaşayış sahələri ilə tam təmin olunması dövlət siyasətinin mərkəzində dayanır. Beləliklə, Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıdışı deyil, həm də onların sosial rifahının, təhlükəsizliyinin və inkişaf perspektivlərinin təmin olunması deməkdir. Bu proses Azərbaycanın sosial dövlət modelinin gücünü və vətəndaşına göstərdiyi ardıcıl qayğını bir daha nümayiş etdirir.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Siyasət

10-02-2025, 13:42

FHN rəsmisi: Azərbaycan seysmik zonada yerləşdiyi üçün tikintidə zəlzələ fa ...

Müsahibə

5-02-2025, 13:35

Pakistan səfiri: Azad edilən ərazilərin bərpasında iştirak bizim üçün böyük ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Siyasət

17-05-2024, 09:23

Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış o ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 12:29
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
4-06-2026, 10:55
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
4-06-2026, 10:54
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
3-06-2026, 09:49
Bazar günü 51 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
31-05-2026, 12:15
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Son xəbərlər
  • Bu gün, 12:31
    Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilib
  • Bu gün, 12:29
    Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • Dünən, 12:47
    İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
  • Dünən, 12:46
    Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
  • 5-06-2026, 10:09
    Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 10:07
    Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb
  • 5-06-2026, 10:07
    Ağstafanın Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
  • 5-06-2026, 10:06
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 10:04
    Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
  • 4-06-2026, 13:50
    Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
  • 4-06-2026, 13:50
    Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər
  • 4-06-2026, 10:56
    Ramin Məmmədov: Azərbaycançılıq keçmişimizin mənəvi kodu və gələcəyimizin ideoloji yol xəritəsidir
  • 4-06-2026, 10:55
    Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə "Qardaşlıq körpüsü" konfransı keçirilir
  • 4-06-2026, 10:55
    Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
  • 4-06-2026, 10:54
    Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
  • 4-06-2026, 10:53
    Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilir
  • 4-06-2026, 10:53
    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 4-06-2026, 10:52
    Kim Çen İn yeni nüvə materiallarının istehsalı zavoduna baş çəkib
  • 4-06-2026, 10:50
    XİN başçısı: İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur
  • 3-06-2026, 14:21
    Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər
  • 3-06-2026, 14:19
    Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir
  • 3-06-2026, 12:42
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • 3-06-2026, 12:41
    Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir - TƏHLİL
  • 3-06-2026, 12:39
    Sidhu Dabindercit Sinqh: 1984-cü ilin iyun hadisələri zikhlərə qarşı soyqırımı aktıdır
  • 3-06-2026, 09:49
    Bazar günü 51 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
  • 3-06-2026, 09:42
    Gələn il Belarusda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır
  • 3-06-2026, 09:41
    "Gəncə Cihazqayırma Zavodu"nun öhdəlikləri 4 dəfə artıb
  • 3-06-2026, 09:39
    Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəlib
  • 2-06-2026, 13:48
    Baş nazirin müavini: "Azərbaycan və Belarus arasında tranzit daşımaları 63 % artıb"
  • 2-06-2026, 13:47
    Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığını müzakirə edib
  • 2-06-2026, 10:26
    SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq
  • 2-06-2026, 10:25
    Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib
  • 2-06-2026, 10:23
    XRG Azərbaycanda iştirakını genişləndirmək hədəfləyir
  • 2-06-2026, 10:22
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Avropa çempionu Mədinə Sadıqova ilə görüş keçirilib
  • 2-06-2026, 10:21
    Azərbaycan tərəfdaşları ilə SGC-nin genişləndirilməsi imkanlarını müzakirə edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...