• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili

Sosial

12-03-2026, 20:27

Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amiliÖtən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Saleh Məmmədovun ətrafında qalmaqal bitmir. Mətbuatın yazdığına görə, hazırda qurumda yoxlamalar aparılır. Məqsəd keçmiş sədrin dövründə qanunsuzluğa yol verilib-verilmədiyini aydınlaşdırmaqdır.

Yenə mətbuatın iddiasına görə, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq. Bu məsələ ilə bağlı S.Məmmədovun bağ evində ölkənin müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.

İclasda iştirak edənlərdən biri də AAYDA-nın 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov olduğu bildirilir.

1xeber.media bildirir ki,“Yeni Sabah”ın xəbərinə görə, A.Dəmirovun adı ilk dəfə deyil ki, qalmaqalda hallanır.

Məlumata görə, o, keçmiş təhsil naziri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanovun xalası oğludr. M.Mərdanov təhsil naziri olduğu dövrdə Allahverdi Dəmirov nazirliyin Əsaslı Tikinti İdarəsinin rəisi işləyib. Onu elə M.Mərdanov özü cəzalandırıb - 2011-ci ilin oktyabrında vəzifəsindən azad edib.

Amma elə-belə yox böyük qalmaqalla. Həmin dövrdə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində nazirlik tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Nazirliyin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

2016-cı ilin mayında A.Dəmirova cinayət işi açılıb. “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib. Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.

S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına verilib. Cinayət işi üzrə hansı qərarın çıxarıldığı məlum deyil.

Bütün bunlara baxmayaraq, Saleh Məmmədov 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri təyin olunandan sonra Allahverdi Dəmirovu öz yanına gətirib, ona vəzifə verib. İndi də onun işində adı hallanan əsas adamlardan biri A.Dəmirovdur.

Qeyd edək ki, Allahverdi Dəmirov geniş biznes şəbəkəsinə malikdir. Onun Bakıda və rayonlarda obyektləri var.

A.Dəmirovun övladı vəzifəli şəxsdir. Oğlu Seyfəddin Dəmirli Binəqədi rayonunun Biləcəri qəsəbə nümayəndəsidir.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Sosial

17-03-2025, 10:17

İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov və digər şəxslər Baş Proku ...

Siyasət

10-02-2025, 13:42

FHN rəsmisi: Azərbaycan seysmik zonada yerləşdiyi üçün tikintidə zəlzələ fa ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Siyasət

17-01-2023, 08:23

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Bu gün, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Dünən, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
11-04-2026, 18:34
Bu gün Bakıda 550 küçə yuyulub
11-04-2026, 13:45
Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
Son xəbərlər
  • Bu gün, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • Bu gün, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Bu gün, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • Bu gün, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • Bu gün, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • Bu gün, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • Bu gün, 09:04
    Dollar ucuzlaşır
  • Bu gün, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • Dünən, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • Dünən, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • Dünən, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • Dünən, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
  • 14-04-2026, 15:40
    Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
  • 14-04-2026, 11:26
    Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
  • 14-04-2026, 11:24
    Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
  • 14-04-2026, 11:24
    Sergey Lavrov Çində səfərdədir
  • 14-04-2026, 11:23
    Azərbaycana Avropa ölkələrindən turist axını 17 %-dən çox artıb
  • 13-04-2026, 15:11
    Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
  • 13-04-2026, 15:10
    Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək
  • 13-04-2026, 15:10
    Elnur Əliyev: "İşğaldan azad edilmiş ərazilərə sərmayədarların marağı artır"
  • 13-04-2026, 15:05
    Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
  • 13-04-2026, 09:38
    Vaqif Sadıqov Valloniya Regional Parlamentinin sədri ilə görüşüb
  • 13-04-2026, 09:35
    Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 13-04-2026, 09:34
    Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
  • 12-04-2026, 18:17
    Dövlətə xidmətlə yazılan ömür yolu
  • 12-04-2026, 12:06
    Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
  • 12-04-2026, 11:58
    Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
  • 11-04-2026, 18:34
    Bu gün Bakıda 550 küçə yuyulub
  • 11-04-2026, 13:45
    Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
  • 11-04-2026, 10:40
    Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...