• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

“İcra başçısına şər atırlar” - Taxıl davası ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial

11-03-2026, 16:43

“İcra başçısına şər atırlar” - Taxıl davası ilə bağlı RƏSMİ AÇIQLAMA“Səbirə Muradova və oğlu Vüsal Muradov Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynova şər atırlar”.

Bunu “Yeni Sabah”a açıqlamasında Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev deyib.

A.Hüseynovun Şabranın Uzunboyad kənd sakinləri S.Muradova və V.Muradovdan taxıl alıb pulunu verməməsi ilə bağlı xəbərlərə münasibət bildirən icra başçısının müavini deyib ki, belə bir hadisə olmayıb:

“Adıçəkilən şəxslər 2025-ci ildə məsələni gündəmə gətiriblər və Prezident Administrasiyasına, müxtəlif qurumlara şikayət ediblər. Onların iddiasına görə, guya məsələ 2019-cu ildə baş verib. Amma bu müddət ərzində bir dəfə də olsun İcra Hakimiyyətinə gəlməyiblər, icra başçısına müraciət etməyiblər, birbaşa yuxarı qurumlara şikayət yazıblar. 6 il bundan öncə olan bir hadisəni gündəmə gətirmək indi yadlarına düşüb? Kiməsə nəsə vermisən, 6 il sonra arxasınca gəlirsən? Onlar deyirlər ki, icra başçısı gəlib taxılımızı alıb apardı. Harada görünüb ki, icra başçısı hansısa kəndə taxıl almağa getsin. İcra başçısının o qədər işləri var. Sözügedən şəxslər birmənalı şəkildə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynova böhtan atırlar”.

İlkin Ağayevin sözlərinə görə, icra başçısı Asif Hüseynov məsələ ilə bağlı məhkəməyə müraciət edib:

“Səbirə Muradova və oğlu Vüsal Muradova yalan məlumat yaymaqla Asif müəllimin işgüzar nüfuzuna xələl gətiriblər. Ona görə də onları xüsusi ititham qaydasında məhkəməyə verib. Şikayətə Xaçmaz Rayon Məhkəməsində baxılır. Yekun qərarı məhkəmə verəcək”.

İcra başçısının müavini şikayətin Şabran deyil, Xaçmaz məhkəməsinə verilməsi məsələsinə də aydınlıq gətirib: “Rayonun rəhbəri olduğuna görə Şabran Rayon Məhkəməsinə şikayət etmək doğru olmazdı. Həm də məlumatı yayan saytın ofisi Xaçmazda yerləşir”.

Qeyd edək ki, bu gün Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq. İcra başçısı Şabranın Uzunboyad kənd sakinləri – 75 yaşlı təqaüdçü müəllimə Səbirə Muradova və oğlu Vüsal Muradovdan şikayətçidir.

Uzun illər Uzunboyad kənd məktəbində müəllimə işləyən Səbirə Muradova hazırda təqaüddədir. Ailə iddia edir ki, ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satıblar, lakin bu günədək pul ödənilməyib.

Mövzu ictimailəşdikdən sonra Asif Hüseynov Muradovların Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə cəzalandırılmasını tələb edir. İcra başçısını narazı salan əsas məqam onların mətbuat vasitəsilə borcun ödənilməməsi barədə açıqlama vermələri olub.

Paylaş:
Digər xəbərlər

Müsahibə

20-02-2026, 10:32

“Atamla bir-birimizin işinə qarışmırıq” - Yaqub Məmmədovun oğlu ilə MÜSAHİB ...

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Sosial

17-03-2025, 10:17

İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov və digər şəxslər Baş Proku ...

Sosial

30-01-2025, 09:08

Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?- ARA ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Hadisə

27-01-2024, 10:56

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: “Qanunsuz hərəkətləri etməyim ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Bu gün, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Dünən, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
11-04-2026, 18:34
Bu gün Bakıda 550 küçə yuyulub
11-04-2026, 13:45
Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
Son xəbərlər
  • Bu gün, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • Bu gün, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Bu gün, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • Bu gün, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • Bu gün, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • Bu gün, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • Bu gün, 09:04
    Dollar ucuzlaşır
  • Bu gün, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • Dünən, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • Dünən, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • Dünən, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • Dünən, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
  • 14-04-2026, 15:40
    Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
  • 14-04-2026, 11:26
    Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
  • 14-04-2026, 11:24
    Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
  • 14-04-2026, 11:24
    Sergey Lavrov Çində səfərdədir
  • 14-04-2026, 11:23
    Azərbaycana Avropa ölkələrindən turist axını 17 %-dən çox artıb
  • 13-04-2026, 15:11
    Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
  • 13-04-2026, 15:10
    Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək
  • 13-04-2026, 15:10
    Elnur Əliyev: "İşğaldan azad edilmiş ərazilərə sərmayədarların marağı artır"
  • 13-04-2026, 15:05
    Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
  • 13-04-2026, 09:38
    Vaqif Sadıqov Valloniya Regional Parlamentinin sədri ilə görüşüb
  • 13-04-2026, 09:35
    Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 13-04-2026, 09:34
    Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
  • 12-04-2026, 18:17
    Dövlətə xidmətlə yazılan ömür yolu
  • 12-04-2026, 12:06
    Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
  • 12-04-2026, 11:58
    Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
  • 11-04-2026, 18:34
    Bu gün Bakıda 550 küçə yuyulub
  • 11-04-2026, 13:45
    Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
  • 11-04-2026, 10:40
    Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...