Peter Mixalko: Avropa İttifaqı Azərbaycanın aparıcı ticarət tərəfdaşı olaraq qalır
Sosial
12-03-2025, 10:41
5

"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko sosial şəbəkədəki paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan üçün ən güclü bazardır:
"2024-cü ildə Azərbaycanın ixracının 63,3 faizi bu quruma üzv dövlətlərin payına düşür. Ümumilikdə Avropa İttifaqı Azərbaycanın xarici ticarətində 41 faizdən çox paya malikdir".