Qlobal səfir: "İqlimlə bağlı hökumət və qeyri-hökumət təşkilatları bir araya gəlməlidir"
Sosial
14-11-2024, 10:58
20
İqlim dəyişikliyinin təsirlərinin azaldılması və bölüşdürülməsi, bu məqsədlə maliyyəni geniş miqyasda çatdırmaq üçün resursların səfərbər edilməsi üçün hökumət və qeyri-hökumət təşkilatları bir araya gəlməlidirlər.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda qlobal səfir Nigel Toping bildirib.
Onun sözlərinə görə, COP29 çərçivəsində vacib danışıqlar aparılır və bu danışıqların önəmi getdikcə artır.
"Bu gün Azərbaycanda "Mavi" və "Yaşıl" zonalarda tədbirlər keçrilir. Bu da o deməkdir ki, iki COP eyni vaxtda gedir. Müasir insan əməkdaşlığının və diplomatiyanın möcüzəsidir ki, burada 200 ölkənin nümayəndələri bir araya gələrək çox təfərrüatlı oyun qaydalarını razılaşdırırlar. Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, 1,5°C səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. İnsanlar iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkirlər", - deyə o qeyd edib.