İranın birinci vitse-prezidenti İrəvana səfərə gedib
Sosial
1-10-2024, 10:05
83

“Report” xəbər verir ki, məlumatı “Tasnim” informasiya agentliyi yayıb.
Bildirilib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır.
M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq kimi iştirak edəcək.
Birinci vitse-prezident səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edəcək, bəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.
Səfər bir gün sürəcək.