MSK ekspert qruplarının üzvlərini diqqətli olmağa çağırıb
Sosial
15-07-2024, 10:59
118

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ekspert qrupunun nəzərə almalı detallar var: "Bəzən bunların texniki olması etinasız yanaşmaya səbəb olur. Amma ola bilir ki, detalda fikir verilməyən məsələ ən mühüm məqamdır".
MSK sədrinin müavini ekspert qruplarının üzvlərini diqqətli olmağa çağırıb: "Heç bir qərarı "mənə belə gəldi ki..." ehtimalı üzərində qurmayın. Seçki prosesində heç nə "bizə belə gələ bilməz".