Putin Təhlükəsizlik Şurasını topladı: “MDB ölkələri ilə münasibətlərə daha çox diqqət ayrılacaq”
Sosial
14-05-2024, 08:40
92

“Biz xarici sahədə, yaxın qonşularımızla, postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə əlaqələr qurmaq barədə danışacağıq. Rusiyanın yeni siyasi dövründə biz buna daha çox diqqət yetirməliyik və bu işi bütün nöqteyi-nəzərdən, o cümlədən təşkilati baxımdan necə quracağımız barədə müzakirələr aparmalıyıq”, - deyə dövlət başçısı iclas zamanı bildirib.
Qeyd edək ki, görüşdə TŞ-nin həm yeni, həm də köhnə katibi - Sergey Şoyqu və Nikolay Patruşev iştirak ediblər.
Mənbə: TASS