Danimarka baş naziri Ukraynaya milyonlarla dollarlıq yardım paketini açıqladı: “Azadlığın öz qiyməti var...” » Memur.az

Danimarka baş naziri Ukraynaya milyonlarla dollarlıq yardım paketini açıqladı: “Azadlığın öz qiyməti var...”

Danimarka baş naziri Ukraynaya milyonlarla dollarlıq yardım paketini açıqladı: “Azadlığın öz qiyməti var...”Danimarka hökuməti Ukraynaya təxminən 250 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edib.

Bu barədə Danimarka Baş naziri Mette Frederiksen məlumat verib.

Nazir vurğulayıb ki, Danimarka Ukraynanı ən çox dəstəkləyən ölkələrdən biridir.

“Danimarka Ukraynaya daha bir yardım paketini qəbul etdi. Danimarka Ukraynaya dəstəyinin sarsılmaz olduğuna dair çox açıq siqnal göndərir”, - deyə o qeyd edib.

Frederiksen bildirib ki, Ukraynaya yeni yardım paketi baha başa gələcək.

“Ukrayna qarşıdakı on il ərzində Danimarkanın dəstəyinə arxalana bilər. Eyni şey bir sıra digər ölkələrə də aiddir. Azadlığın öz qiyməti var”, - deyə baş nazir vurğulayıb.
Öz növbəsində Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, yeni yardım paketinin dəyəri 1,7 milyard Danimarka kronu (təxminən 247 milyon dollar) təşkil edir.

O qeyd edib ki, təşəbbüs digər müttəfiqlərlə, o cümlədən Niderland və Çexiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Nazir onu da əlavə edib ki, hərbi dəstək üçün ilkin maliyyə 2028-ci ilə qədər ayrılıb.

Bundan əlavə, Poulsen nəzərə çatdırıb ki, F-16 qırıcılarının ilk Danimarka partiyası bu yay Ukraynaya çatdırılacaq. Bununla belə, nazir dəqiq tarix bildirməyib.

Mənbə: RBC-Ukrayna