Prezident seçkisi üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı AÇIQLANDI » Memur.az

Prezident seçkisi üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı AÇIQLANDI

Prezident seçkisi üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı AÇIQLANDI“Azərbaycanda prezident seçkisini izləmək üçün 89 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlardan 5 405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.