• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür

Sosial

18-08-2023, 08:11

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötürAvqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur.

Oxu.Az xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlayıblar.

Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndərin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.Bu gün DSX-nin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, sözsüz ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.

Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən, mebel və avadanlıqla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.

Buna misal olaraq 2018-ci il fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.

Bu gün Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirildi. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu.

Uzaqgörənliklə atılmış bu addım Azərbaycan sərhədçilərini həm də daha böyük amala - ən müqəddəs vəzifə olan bütün sərhədlərimizin mühafizəsi yolunda böyük sınaq idi. Bu sınaqdan üzüağ çıxan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstərdi.

Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edildi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu.

Dövlət Sərhəd Xidməti tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görülüb, bu ərazilərdə iyirmiyə yaxın yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Bu müqəddəs vəzifənin sərhədçilərimiz tərəfindən ən yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ötən gün imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin 131 əməkdaşının ali rütbə, orden və medallarla təltif edilməsi sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür.

Azərbaycan sərhədçisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, xidməti vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməyə daim hazırdır.



Paylaş:
Digər xəbərlər

Siyasət

22-06-2023, 10:48

Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfər edib

Hadisə
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Rusiya Xarkov və Sumıya hücum edib, ölən və yaralananlar var
Hacıqabulda ağır yol qəzası baş verib, ölən var
Biləsuvarda qadının boğularaq öldürülmə ehtimalı ilə əlaqdar araşdırma aparılır
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Cəmiyyət
5-02-2026, 10:19
Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
3-02-2026, 14:29
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
3-02-2026, 14:20
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
18-12-2025, 10:37
Dövlət Xidmətində qanvermə aksiyası keçirilib
17-12-2025, 13:45
Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
17-12-2025, 13:20
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası
Son xəbərlər
  • Dünən, 17:08
    General Zakir Nəsirovun polkovnik oğlu kimdir və harda işləyir?
  • Dünən, 15:04
    Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb
  • Dünən, 15:02
    Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
  • Dünən, 15:00
    İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • Dünən, 14:57
    Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • Dünən, 14:55
    AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
  • Dünən, 14:53
    Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB
  • 5-02-2026, 14:50
    Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq
  • 5-02-2026, 14:50
    ABŞ və Özbəkistan arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 5-02-2026, 14:48
    Nazir müavini: Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin olduğu müşahidə edilir
  • 5-02-2026, 14:48
    Nazir: Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir
  • 5-02-2026, 14:47
    Azərbaycanın Avropa ölkələri ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə olunub
  • 5-02-2026, 11:03
    Azərbaycan 30-dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək
  • 5-02-2026, 11:02
    Yalçın Rəfiyev: Dialoq və diplomatiya vasitəsilə hətta ən mürəkkəb məsələləri həll etmək mümkündür
  • 5-02-2026, 10:23
    Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən video paylaşıb
  • 5-02-2026, 10:21
    Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib
  • 5-02-2026, 10:20
    Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb
  • 5-02-2026, 10:19
    Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
  • 5-02-2026, 10:18
    Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
  • 5-02-2026, 10:17
    İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib
  • 5-02-2026, 10:17
    Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib
  • 5-02-2026, 10:16
    BMT rəsmisi: Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa diqqət ayırması əhəmiyyətlidir
  • 5-02-2026, 10:15
    Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər
  • 5-02-2026, 10:15
    Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" adlı sərgi açılıb
  • 5-02-2026, 10:14
    Şri-Lanka göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib
  • 3-02-2026, 14:42
    İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
  • 3-02-2026, 14:40
    Səbuhi Qəhrəmanov: Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir
  • 3-02-2026, 14:39
    İlham Əliyev: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
  • 3-02-2026, 14:36
    Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
  • 3-02-2026, 14:29
    Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
  • 3-02-2026, 14:27
    DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
  • 3-02-2026, 14:25
    BANM rektoru: "Tələbələrin rəqəmsal ixtisaslara marağı ali təhsil üçün çağırışdır"
  • 3-02-2026, 14:24
    Azərbaycan nümayəndə heyətinin XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix bəlli olub
  • 3-02-2026, 14:22
    Dövlət Xidməti: BANM-ın yeni laboratoriyasında təhlükəsizlik testləri aparılacaq
  • 3-02-2026, 14:21
    Nazirlik rəsmisi: Azərbaycan Gənclərinin XI Forumunda 400-ə yaxın şəxs aktiv iştirak edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...