Ərdoğan və Putin avqustun 31-də görüşə bilərlər
Sosial
16-08-2023, 20:59
185

Bildirilir ki, hazırda görüş üçün bu tarix razılaşdırılır və bütün nüanslar müzakirə olunur.
Danışıqların yeri açıqlanmayıb.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin “A Haber” kanalı cari ayın sonunda, ya da sentyabrın əvvəlində iki dövlət başçısının görüşünün ola biləcəyini yazmışdı. Bildirilirdi ki, Ankara Putinin Türkiyəyə gəlişini gözləyir. Ərdoğanın Rusiyaya səfərə gedəcəyi də istisna deyil. Mənbə iki dövlət başçısı arasında əsas müzakirə mövzusunun “Taxıl sazişi” ola biləcəyini vurğulayıb.
Mənbə: “Shot” “Telegram” kanalı