Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldı » Memur.az

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldıRusiya Federasiyasının Polşadakı səfiri Sergey Andreyev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı qərarı səbəb olub.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiya-Polşa münasibətlərini dondurulmuş hesab etmək olar, diplomatik münasibətlər praktiki olaraq yoxdur.

Pşidaç qeyd edib ki, Rusiya səfiri oktyabrın 3-də saat Respublika Xarici İşlər Nazirliyinə gələcək.

Görüş zamanı Polşa tərəfi Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı diplomata etirazını bildirib və belə bir qərarı tanımadığını bəyan edib.

Mənbə: Gazeta.ru