Tarix : 16-09-2022, 11:04 | Bölmə: Sosial

Nazir müavini ermənilərin Xocalıda törətdikləri yanğınlara münasibət bildiribErmənilər növbəti dəfə sentyabrın 15-də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayət, ekoloji terror aktıdır.

“Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürək ağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur. 

Ümumiyyətlə, ermənilərin törətdikləri yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir”.

Oxşar xəbərlər