Bolqarıstan üçün Rusiya qazına alternativ: ABŞ və Azərbaycandan bir milyard kubmetr qaz gələcək » Memur.az

Bolqarıstan üçün Rusiya qazına alternativ: ABŞ və Azərbaycandan bir milyard kubmetr qaz gələcək

Bolqarıstan üçün Rusiya qazına alternativ: ABŞ və Azərbaycandan bir milyard kubmetr qaz gələcəkBolqarıstanın baş naziri Kiril Petkov iyulda Azərbaycan qazının tədarükünün başlanacağını gözləyir.

Bu Bolqarıstan-Yunanıstan (IGB) borusu ilə baş verəcək.

Artıq bu həftə Petkov tədarük həcmlərini təsdiqləmək məqsədilə Bakıya səfər edəcək.

“Artıq bu yaxınlarda nəqli başlanacaq bir milyard kubmetr qazımız olacaq. Gözləyirəm ki, iyul-avqust aylarında Bolqarıstana hazırda bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə milyard kubmetr qaz gələcək”, - deyə hökumət başçısı bildirib.

Eyni zamanda, baş nazir ABŞ maye qazının uzunmüddətli tədarükü barədə danışıqların getdiyini də qeyd edib. Petkovun dediyinə görə, Bolqarıstan “maye və Azərbaycan qazından miks etməyi planlaşdırır ki, sonda “Qazpromun” təklif etdiyi qiymətdən sərfəli olsun”.