BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək » Memur.az

BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcəkBirləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfər edəcək.

Bu barədə “Report”un yerli bürosuna eksklüziv açıqlamasında Baş Assambleyanın prezidentinin sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, işgüzar səfər 12-13 iyun tarixlərində baş tutacaq. A.Şahidin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.