Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqlik müqaviləsi imzalandı » Memur.az

Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqlik müqaviləsi imzalandı

Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqlik müqaviləsi imzalandıTacikistan prezidenti İmaməli Rəhmon Özbəkistana rəsmi səfəri çərçivəsində həmkarı Şövkət Mirziyoyev ilə görüşüb.

Təkbətək və geniş tərkibdə keçirilən görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Mirziyoyev ikitərəfli əməkdaşlığın bütün sahələrində əldə olunan nailiyyətlərdən məmnun olduğunu bildirib və Tacikistanı Özbəkistanın yaxın qonşusu, sadiq dostu və etibarlı strateji tərəfdaşı adlandırıb. İki ölkənin və xalqların mənafeyinə uyğun olaraq, qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını vurğulayan Özbəkistan prezidenti tərəflər arasında əbədi dostluğun möhkəmlənməsini və müttəfiqlik sazişinin imzalanmasını “tarixi hadisə” kimi dəyərləndirib.

Tacikistan prezidenti İmaməli Rəhmon iki ölkə arasında əlaqələrin son illərdə ən yüksək səviyyədə inkişaf etdiyinə diqqət çəkərək, Mirziyoyevin ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Dövlət başçısı il Tacikistan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə toxunaraq, bu baxımdan əhəmiyyətli olan cari ildə əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaq üçün tarixi bir qərar verdiklərini bəyan edib.

Görüşdən sonra Özbəkistan və Tacikistan arasında sənaye, mədəniyyət və incəsənət, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından birgə istifadə, ipək istehsalı sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edən bir sıra saziş və memorandumlar imzalanıb.

Mirziyoyev və Rəhmon həmçinin Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqliyin möhkəmləndirilməsi haqqında saziş imzalayıblar.

Mənbə: TRT