Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam

Bu gün, 10:09

Asif Yunis oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib.

"MemurTv.az " xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

Qeyd edək ki, Milli Məclisin deputatı Asif Əsgərovun bu gün 60 yaşı tamam olur.

Mənbə: https://memurtv.az/siyaset/20231-asif-esgerov-shohret-ordeni-ile-teltif-edilib-serencam.html