Bu gün, 01:38
İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Asiya və Sakit Okean Regionu Ölkələri İdarəsinin rəisi İsmayıl Əsədovla görüş keçirib.
"Memurtv.az" xəbər verir ki, bu barədə İndoneziya səfirliyinin "Instagram" səhifəsində bildirilib.
Noyabrın 18-də baş tutan görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin inkişafını və müxtəlif sahələrdə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Mənbə: https://memurtv.az/siyaset/20197-azerbaycan-ve-indoneziya-arasinda-emekdashligin-genishlendirilmesi-perspektivleri-muzakire-edilib.html