Muxtar Babayev Yaponiyanın ətraf mühit naziri ilə əməkdaşlığı müzakirə edib

Bu gün, 16:27

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində Antalyada Yaponiyanın ətraf mühit naziri Hiroyoşi Sasakava ilə görüşüb.


"Memurtv.az " xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.


Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Yaponiyaya Bakıda keçirilən COP29-da konstruktiv iştirakına görə təşəkkür edib:


"Xüsusilə iqlim maliyyələşməsi və Paris Sazişinin 6-cı maddəsi üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğuladım. COP31-in uğurla başa çatdırılması üçün əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etdim".

Mənbə: https://memurtv.az/siyaset/20195-muxtar-babayev-yaponiyanin-etraf-muhit-naziri-ile-emekdashligi-muzakire-edib.html