Tahir Rzayev: "Aqrar sektorun vergiyə cəlb edilməsi çətinlik yarada bilər"

Bu gün, 13:08

Azərbaycanda gübrələrin, texniki xidmətlərin, yanacağın bahalaşdığı dövrdə gələn ildən kənd təsərrüfatı məhsullarının 90 % güzəştlə vergiyə cəlb olunması fermerlər üçün çətinlik yarada bilər.

"Memurtv.az " xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O, fermerlərin gəlirinin 10 %-nin vergiyə cəlb edilməsinin vaxtının uzadılmasını təklif edib.

Mənbə: https://memurtv.az/siyaset/20062-tahir-rzayev-aqrar-sektorun-vergiye-celb-edilmesi-chetinlik-yarada-biler.html