Bu gün, 12:02
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik”.

Mənbə: https://memurtv.az/siyaset/19997-xin-den-ataturkun-anim-gunu-ile-bagli-paylashim.html