“YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”

27-09-2026, 14:46

“YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
“Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, qurultay növbədənkənar xarakter daşımır və ənənəvi olaraq hər beş ildən bir təşkil olunur: “Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, partiyanın beş il ərzində keçdiyi yol nəzərdən keçiriləcək və bir sıra məsələlər müzakirə olunacaq. Həmçinin nizamnamədən irəli gələn məsələlərə də baxılacaq”.

Sail Ağasəlim

Mənbə: https://memurtv.az/siyaset/19383-yap-n-qurultay-nvbdnknar-xarakter-damr.html