Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 09:38

Bakının sayca onuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə bu gün start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, gün ərzində Formula 2 üzrə sprint və əsas yarış, Formula 1 üzrə isə üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.
Saat 08:15-də Formula 2 üzrə sprint yarışı start götürəcək. Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.
Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
Mənbə: https://memurtv.az/siyaset/19321-bakda-formula-1-azrbaycan-qran-prisinin-ikinci-gn-balayr.html