Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər

23-09-2026, 10:13

Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb.

“Qafqazino” XİN-ə istinadən xəbər verir ki, tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən, siyasi dialoq, enerji əməkdaşlığı, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və bağlantı məsələlərini müzakirə ediblər.

Nazirlər, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və regional proseslər barədə fikir mübadiləsi aparıblar.

Mənbə: https://memurtv.az/siyaset/19291-azrbaycan-qaznn-bolqarstana-tdark-genilndiril-bilr.html