ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı

23-09-2026, 09:56

ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı
İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyası zamanı “təhlükəsizlik təhdidləri” səbəbindən Nyu-Yorkda əlavə mühafizə tələb etdiyi və ABŞ hökumətinin bu tələbi təsdiqlədiyi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ mətbuatında yayılan Dövlət Departamentinin sənədinə görə, ABŞ Diplomatik Təhlükəsizlik Xidməti Əraqçinin Nyu-Yorka səfəri zamanı onun mühafizəsini təmin edəcək.

Sentyabrın 18-də Dövlət Departamenti tərəfindən hazırlanaraq İranın BMT-dəki Daimi Nümayəndəliyinə göndərilən sənəddə bildirilib ki, Diplomatik Təhlükəsizlik Xidməti İran nümayəndəliyinin sentyabrın 17-də göndərdiyi diplomatik notadan sonra Əraqçiyə qarşı təhdidləri araşdırıb və nazir üçün mühafizə qrupu ayırıb.

Mənbə: https://memurtv.az/siyaset/19288-ab-raqiy-lav-mhafiz-ayrd.html