Gəncədə iki nəfər bıçaqlandı
14-09-2026, 10:01

Gəncədə iki nəfər bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Talıb Qafarov və 1995-ci il təvəllüdlü Heydər Həsənov bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdiriliblər.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Mənbə: https://memurtv.az/siyaset/19135-gncd-iki-nfr-baqland.html