Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı

10-09-2026, 09:43

Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
Ukrayna Prezidenti Volodimir Zelenski təxminən sentyabrın 20-si ABŞ Prezidenti Donald Trampla görüşməyi nəzərdə tutur.

“Qafqazinfo” xəbər verir ki, görüşün əsas mövzularından biri Ukraynaya Amerika istehsalı olan hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü olacaq.

“Bu ayın 20-si radələrində Trampla görüşəcəyimə ümid edirəm və Amerika HHM sistemlərinin tədarükü məsələsini qaldırmaq istəyirəm”, — deyə V. Zelenski bildirib.

Qeyd edək ki, liderlərin sonuncu görüşü iyul ayının sonunda Vaşinqtonda baş tutmuşdu.

Mənbə: https://memurtv.az/siyaset/19072-trampla-zelenski-grcklr-tarix-aqland.html