Polina Rəhimova milli karyerasını başa vurdu
2-09-2026, 12:45

Voleybolçumuz Polina Rəhimova milli karyerasını başa vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, hücumçu yığmadakı son oyununu ötən gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib.
Federasiya idmançımıza ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Mənbə: https://memurtv.az/siyaset/18974-polina-rhimova-milli-karyerasn-baa-vurdu.html