Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı

31-08-2026, 09:57

Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: https://memurtv.az/siyaset/18943-mkird-43-yal-kiinin-meyiti-tapld.html