Bu gün Türkiyədə Zəfər Bayramıdır

30-08-2026, 14:28

Bu gün Türkiyədə Zəfər Bayramıdır
Bu gün Türkiyədə ölkənin ən önəmli günlərindən biri 30 Avqust - Zəfər Bayramı qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, 1922-ci ilin avqustun 26-da başlayan “Baş komandanlıq meydan müharibəsi” həmin il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandirliyi ilə qələbə ilə nəticələnib.

Türkiyə ordusu bu qələbə sayəsində işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub.

Bu tarix 1926-cı ildən etibarən Türkiyədə Zəfər Bayramı olaraq qeyd olunur.

Mənbə: https://memurtv.az/siyaset/18935-bu-gn-trkiyd-zfr-bayramdr.html