Anar Bayramov Qobustan və Şamaxıda sakinləri qəbul edəcək
15-07-2026, 10:33
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov iyulun 24-də Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.
Bu barədə "MemurTv.az"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Vətəndaşlar info@tabib.gov.az elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.
Mənbə: https://memurtv.az/siyaset/18263-anar-bayramov-qobustan-ve-shamaxida-sakinleri-qebul-edecek.html