Ukrayna yenidən vuruldu - Yaralılar var

11-07-2026, 11:33

Ukrayna yenidən vuruldu - Yaralılar var
Rusiya iyulun 11-nə keçən gecə Ukrayna ərazisinə raket zərbələri endirib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, hücumlar nəticəsində ölkə ərazisində dağıntılar qeydə alınıb.

Kiyevin meri Vitali Kliçko şəhərə hücum nəticəsində 8 nəfərin, o cümlədən 11 yaşlı oğlan uşağının yaralandığını açıqlayıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Ümumilikdə isə Ukrayna ərazisində 10 nəfərin yaralandığı bildirilir.



Mənbə: https://memurtv.az/siyaset/18185-ukrayna-yenidn-vuruldu-yarallar-var.html