Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin TOP3 siyahısına düşüb

12-03-2025, 16:22

Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin TOP3 siyahısına düşübAzərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin üçlüyünə daxildir.

“Report” xəbər verir ki, bu barədə TASS-ın baş direktoru Andrey Kondraşov XXXII Beynəlxalq kitab sərgi-yarmarkasında bildirib.

"Mədəniyyət sivilizasiyanın özəyidir. Son sorğuların nəticələrinə görə, Belarus MDB-də ən çox kitab oxunulan ölkədir. Hər min nəfərdən 369-u kitabxanalara gedir və il ərzində 69 milyon kitab götürürlər. İkinci yerdə Rusiya yerləşir", - o bildirib.

A.Kondraşovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə isə Qazaxıstan qərarlaşıb.

Mənbə: https://memurtv.az/siyaset/14682-azerbaycan-mdb-nin-en-chox-mutalie-eden-olkelerinin-top3-siyahisina-dushub.html