Deputat: "Azərbaycanın dünyanın neft ehtiyatlarındakı payı az olsa da, Avropanın enerji təhlükəsizliyində rolu əvəzsizdir"

29-11-2024, 17:16

Deputat: "Azərbaycanın dünyanın neft ehtiyatlarındakı payı az olsa da, Avropanın enerji təhlükəsizliyində rolu əvəzsizdir"Azərbaycanın neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının cəmi 0,7 %-ni təşkil edir.

“Report” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputatın sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. O xatırladıb ki, 1993-cü ildə dövlət büdcəsinə gəlirlərin 96 %-i neft-qaz satışından əldə olunurdu:

"Lakin müstəqillik dövründə neft sənayesinin modernləşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilmiş səylər nəticəsində hazırda büdcədə neft gəlirlərinin payı 48 %-ə enib. Bu azalma tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir".

A. Mirzəzadə əlavə edib ki, neft sazişləri Azərbaycanın investisiya gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır.

Mənbə: https://memurtv.az/siyaset/13922-deputat-azerbaycanin-dunyanin-neft-ehtiyatlarindaki-payi-az-olsa-da-avropanin-enerji-tehlukesizliyinde-rolu-evezsizdir.html