Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
18-11-2024, 09:36
Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
“Memur.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə: https://memurtv.az/siyaset/13835-almaniyanin-vitse-kansleri-azerbaycana-sefere-gelib.html