Oğuzun yeni icra başçısı kollektivə təqdim olunub
17-07-2024, 17:09
Azərbaycan Prezidentinin Sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Cavid Teyrun oğlu Əbdul-Qədirov bu gün kollektivə təqdim olunub.
"Report" xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.
Təqdimatda Z.Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
C.Əbdul-Qədirov ona göstərilən etimada görə minnətdarlıq edib.
Mənbə: https://memurtv.az/siyaset/13233-oguzun-yeni-icra-bashchisi-kollektive-teqdim-olunub.html