İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

26-01-2024, 12:35

İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram”.

Mənbə: https://memurtv.az/siyaset/12481-lham-eliyev-avstraliya-ttifaqinin-general-qubernatorunu-tebrik-etdi.html