Azərbaycan Prezidenti: “X Qlobal Bakı Forumunun mövzuları arasında multiletaralizm xüsusi yer tutur”
9-03-2023, 10:34
“X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multiletaralizm xüsusi yer tutur”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatında sədrliyə başladığını və ölkəmizin sədrliyinin 2023-cü ilədək uzadıldığını xatırladan dövlətimizin başçısı vurğulayıb:
“Biz Qoşulmama Hərəkatına yenidən canlanma gətirdik. Əfsuslar olsun ki, müəyyən dövrlərdə bir qədər passivlik var idi. Bu baxımdan biz üç sammit – beynəlxalq tədbir təşkil etdik”.
Mənbə: https://memurtv.az/siyaset/11087-azerbaycan-prezidenti-x-qlobal-baki-forumunun-movzulari-arasinda-multiletaralizm-xususi-yer-tutur.html