Zelenski Yeni Zelandiya parlamentinə dəvət aldı
23-11-2022, 10:46
Ukrayna Prezidenti Volodimir Zelenski Yeni Zelandiyanın parlamentində çıxış etmək üçün dəvət olunub. Bu təklif 2022-ci ilin iyununda Ukrayna lideri ilə telefon danışıqları zamanı baş nazir Casinda Arderndən gəlib.
Zelenskinin Yeni Zelandiya parlamentinə müraciətinin dəqiq tarixi müəyyən edilməyib. Lakin onun çıxışının bu həftə olmayacağı bildirilir.
Mənbə: “RNZ” radistansiyası
Mənbə: https://memurtv.az/siyaset/10763-zelenski-yeni-zelandiya-parlamentine-devet-aldi.html